Journal Name:
- Azerbaycanın Vergi Jurnali
Keywords (Original Language):
Author Name |
---|
Bookmark/Search this post with
Abstract (Original Language):
Tədqiqatın məqsədi -Azərbaycanda mövcud sosial-iqtisadi vəziyyətin kompleks
təhlili əsasında iqtisadi artımın dayanıqlılığının və makroiqtisadi tarazlıq
səviyyəsinin müəyyənləşdirilməsi və iqtisadi artımın dayanıqlılığının təmin edilməsi
baxımından təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.
Tədqiqatın metodologiyası -Ümumnəzəri elmi metodlarla yanaşı, statistik təhlil
və qruplaşdırma metodlarından ibarətdir.
Tədqiqatın nəticələri -Azərbaycan iqtisadiyyatının son illərdəki inkişaf yolunun
xüsusiyyətləri araşdırılaraq makroiqtisadi tarazlığın təmin edilməsi yolları haqqında
mülahizələr formalaşdırılmışdır.
Tədqiqatın məhdudiyyətləri -Tədqiqat işində davamlı artımın əsasən iqtisadi
amillərinə baxılır. Müəllifin qənaətinə görə, Azərbaycan iqtisadi potensialı baxımın-dan kiçik ölkə olduğundan tədqiqat işində də kiçik açıq ölkə modeli araşdırılır.
Tədqiqatın praktiki əhəmiyyəti - Azərbaycan iqtisadiyyatının müasir inkişaf
mərhələsinin əsas tendensiyaları və hərəkətverici amillərini öyrənməyə imkan verir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi -Məqalədə Azərbaycanın müasir sosial-iqtisadi inkişafının spesifik xüsusiyyətləri “milli sosial-iqtisadi inkişaf modeli” kon-teksində təqdim olunmuşdur.
- 2
103-118