Journal Name:
- Khazar Journal of Humanities and Social Sciences
Author Name | University of Author |
---|---|
Abstract (2. Language):
Məqalədə 17-ci əsrdən başlayaraq,Avropada seksual qadağaların qoyulması,bu qa-dağaların aradan qaldırılması üçün fəaliyyət göstərən müvafiq cəmiyyətlərin səyləri nəticəsində əldə olunan nailiyyətlər, 18-ci əsrin sonlarında gender nizamlanması ilə bağlı müvafiq hüquqi qaydaların tətbiq olunması, dövlətin hansı hallarda müdaxilə edə bilməsi, ailə həyatı qurmaq və doğum üçün qoyulan yaşı həddi və.s haqqında bəhs edilir. Dövlətin iqtisadi, hüquqi, tibbi və sağlamlıqla bağlı yürütdüyü siyasətlə əlaqədar bu qaydalar dəyişilərək, yenilənir. Nəticədə 20-ci əsrdə Avropada cinsi azadlıq daha geniş vüsət almağa başladı. İran İnqilabından sonra xüsusü ilə 1980-ci illərdə İranda in-san hüquqlarının kobud şəkildə pozulması,homoseksualların ciddi şəkildə cəzalandırıl-ması, hətta bir çoxlarının edam olunmaları ilə bağlı məlumatlar da məqalədə öz əksini tapır.20-ci əsrin ortalarında İran ilə müqayisədə Amerikada gender bərabərliyi, nizamlanma-sı, sağlam təməlli ailələrin qurulması, nigahdankənar hamiləliyin qarşısının alınması və bu kimi sahələrdə artıq kifayət qədər təcrübəyə malik olmaları, Xristian və Yəhudi ic-malarının da dini aspektlər baxımdan bu siyasətə necə önəm vermələri xüsusi diqqət çəkir.1960-1970-ci illərdə Amerikada boşanmaların qarşısını almaq, qadınlara iqtisadi azadlığın verilməsi, gələcək həyat yoldaşı ilə ünsiyyət qurmaq bacarığını artırmaq üçün təhsilin nə qədər önəmli olduğunu qeyd edərək, yüksək səviyyədə şəraitlər yaradıldı. 1980-ci illərdə Amerikada homoseksuallar üçün yeni hüquqlar əldə edildi. Eyni za-manda nəticə etibarı ilə 21-ci əsrin əvvələrində QİÇS epidemiyasının qarşısının alınması ilə bağlı bir çox nailiyyətlər əldə olundu. İranda əsasən Pəhləvilər dövründən ancaq valideynlərin icazəsi ilə ailələrin qurulması, təhsilin aşağı səviyyədə olması, qadınların hüquqlarının əllərindən alınması, onların cinsi azadlıq hüququndan məhrum edilməsi diqqət çəkir. Nəticə etibarı ilə çox qadınlar ailə zorakılığından, rəsmi kəbinlərinin olmamasından şikayət edirdilər. Bu çevrilişlər də öz növbəsində əsasən seksual adət-ənənələrdə yaranan xoşagəlməzliklərə səbəb olurdu. Məqalədə qadınlar və homoseksualların bu sahədə dəyişikliklərin edilməsinin nə qədər çox arzuladıqlarını, İran inqilabından bəri gender siyasətində edilən dəyişiklikləri və rollarını necə tədqiq etmələri ilə bağlı məlumat verilir. 1990-cı ilin ortalarında ixtisasından asılı olmayaraq, İran cəmiyyəti nümayəndələrinin bu dəyişiklikləri etmək üçün göstərdiyi fəaliyyətləri haqqında məqalədə geniş bəhs olunub. Gender sistemini liberallaşdırmaqdan ötrü edilən cəhdlər nəticəsində qadın nümayəndələrindən ibarət yığıncaqların keçirilməsinə, qadınların hüquqlarının qorunması ilə bağlı müvafiq qanun layihələrinin təqdim olunmasına, dövlət hesabına qadınların xaricdə təhsil almasına, hicabın nə qədər ciddiyət xarakteri daşıdığını nəzərə alaraq, orta məktəb şagirdlərinin geyimlərini daha rəngli geyimlər və şərflərlə əvəz edilməsinə nail oldu. Eyni zamanda Birləşmiş millətlər təşkilatının, ”Qadınlara qarşı tətbiq olunan bütün zorakılıqların aradan qaldırılması” ilə bağlı Konvensiyanın imzalanması ilə bağlı ölkədaxilində etirazlara səbəb olmasını da qeyd etməliyik. Belə ki bu konvensiyanı, “İslama qarşı müharibə elanı” kimi qələmə vermələri də məqalədə öz əksini tapmışdır. Gender siyasətinin İranda yeridilməsinin qarşısını almaq üçün müvafiq qurumlar əllərindən gələni edirdilər. 2002-ci ildən başlayaraq inqilabçılar zəifləməyə başladılar. 2005-ci ildə keçirilən prezident seçkilərində qadınların öz hüquqlarını tələb etmələri ilə bağlı hökumətə qarşı çıxmaları, göstərdikləri səyləri artıq əvvəlki kimi ciddi rol oynamırdı. Xüsusi ilə 2005-2008-ci illərdə nüvə silahı ilə bağlı Qərb ilə İranın üzləşməsində bu səylər getdikcə azalmağa başladı, bütün cəhdlərə baxmayaraq inqilabın ilk günlərindəki kimi əldə olunan uğurlu nəticələr qədər öz təsirini göstərə bilmədi. Həmçinin məqalədə İran cəmiyyətində cinsi oyanma, nikahda olmayanların hüquqların müdafiəsi, planlı uşaq dünyaya gətirılməsi, cinsi tərbiyə və təhsili ilə bağlı aparılan araşdırmalar və tədqiqatlarla bağlı məlumatlar öz əksini tapır. Məqalədə diqqət çəkən hissə İranda homoseksualların hüquqlarının tənzimlənməsi ilə bağlı atılan radikal addımlar, cəmiyyətin cinsi davranışlarda dəyişikliklər etməyə can atması, bədbəxt nigahların və qadın intiharlarının artmasının qarşısını almaq üçün gostərilən səylər və maraqlar barədə geniş bəhs edilmişdir.
Bookmark/Search this post with
FULL TEXT (PDF):
- 1
39-61