You are here

ImprOVING tHe eFFIcIeNcY AND eFFectIVeNeSS OF AZerbAIJAN’S tAX SYStem

Journal Name:

Publication Year:

Author Name
Abstract (2. Language): 
Tədqiqatın məqsədi - Azərbaycanın 1990-cı illərdən bugünə vergi sistemində çox mühüm mütərəqqi dəyişikliklərə nail olmuşdur. Bununla belə qarşıda mövcud sistemin səmərəliliyinə və effektivliyinə təsir göstərən bir sıra tədbirlərin də həyata keçirilməsi vacib hesab olunur. Bu tədqiqat ölkənin vergi sisteminin səmərəliliyinin daha da artırılmasına təsir göstərən müxtəlif sahələrdəki vəziyyətin təhlili və qiymətləndirməsinə həsr edilmişdir. Tədqiqatın metodologiyası - tədqiqatda Dünya Bankının müəyyənləşdirdiyi bəzi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vergi sistemlərinin müvafiq məlumatlarının Azərbaycanla müqayisəsi aparılmışdır. Tədqiqatın nəticələri - tədqiqatda bir sıra təkliflər irəli sürülmüşdür: qanunvericilikdə korrupsiyaya imkan verəbiləcək boşluqların bir daha müəyyən edilməsi və aradan qaldırılması, vergidən yankeçmənin qarşısını almaq üçün müvafiq vergi me - xanizminin daha da inkişaf etdirilməsi, gizli iqtisadiyyatı məhdudlaşdırmaq məqsədilə leqal biznes etmə xərclərinin azaldılması və qeyri-leqal biznes fəaliyyətləri üzrə cəzaların artırılması.Tədqiqatın məhdudiyyəti - tədqiqatda müqayisəli təhlil yalnız Mərkəzi və Şərqi Avropa ölkələri ilə məhdudlaşdırılmışdır. Tədqiqatın praktiki əhəmiyyəti - əldə olunan nəticələr bir sıra parametrlərdə ölkənin vergi sisteminin səmərəliliyinin artırılması üçün mühüm hesab edilmişdir. Alınan nəticələr vergi itkilərinin qarşısını almaq və vergi gəlirlərini yüksəltmək məqsədilə görülən tədbirlərdə istifadə edilə bilər. Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqat orjinal xarakter daşıyır və vergi təkmilləşmələrindən sonra hələ də problemli olan sahələrə yeni çoxtərəfli yanaşmanı özündə birləşdirir.
Abstract (Original Language): 
Purpose – despite the exciting progresses that Azerbaijan has made in the reform of its tax system since the 1990s, some knotty issues still remained germane that are affecting the effectiveness and efficiency of the current system. This paper takes a critical assessment and analysis of different areas of the system that could still be inhibiting tax efficiency. Design/methodology – we adopted data comparison approach. We compared data from Azerbaijan’s system with that of its peer in Eastern Europe and Central Asia (ECA) in the World Bank designation. Findings – we found various issues limiting tax efficiency and earnings in the areas of licensing fees, tax base, tax rates, complexity of the system, tax spread and the size of the country’s informal sector. The five key recommendations are: Streamlining the tax code to block loopholes for corruption; reviewing PSA agreements made in the 1990s to reflect the present realities; improving tax enforcement to deter tax avoi - dance; across the board tax increases and increasing revenue from consumption-based activity; and reducing the cost of doing business legally, while increasing the punishment of illegal business activities in order to reduce the size of the informal sector. Researh limitations – the comparative analysis is limited to ECA countries. Practical implications – findings of the research would arrest the tax losses and improve Azerbaijan’s earnings from tax revenues. Originality/value – the study took an original and new multi-faceted approach to areas that are still problematic after the tax improvements that have been made.
161
178

JEL Codes: