Journal Name:
- Avrasya Uluslararası Araştırmalar Dergisi
Keywords (Original Language):
Author Name | University of Author |
---|---|
Bookmark/Search this post with
Abstract (Original Language):
Nizami yaradıclığında, o cümlədən “Yeddi gözəl” poemasında təsəvvüfi motivləri geniş
şəkildə müşahidə olunur. Lakin bu motivlərdən istifadə şairin yaradıcılığını bütöv şəkildə
təsəvvüfi-irvani görüşlərin təcəssümü hesab etməyə imkan vermir. Ona görə ki, Nizami görkəmli
mütəfəkkir filosof idi. Bütün tədqiqatçıların təsdiq etdiyi kimi, XII əsr Şərq və Azərbaycan
intibahını yaradan və onun bütün ideya-estetik ağırlığını çiyinlərində daşıyan Nizamini
özünəqədərki mədəni irsin bütün mütərəqqi ideyaları cəlb etsə də, o öz yaradıcılığında məqbul
bildiyi ideyalardan istifadə edirdi. Sufizm də özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün
cəlbedici fikir qaynağı idi. Şair bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən istifadə
etmişdir. Lakin müşahidələr göstərir ki, Nizami sufizmdən yaradıcı şəkildə istifadə etmişdir. Yəni
süfi görüşləri ona öz ideyalarıını vermək üçün bir vasitə rolunu oynamış, şair heç vaxt sufi
ideyalarının tam təsiri altına düşməmişdir. «Xəmsə»də təsəvvüfdən istifadənin əsərdən-əsərə
fərqli şəkildə təqdim olunması, sonuncu poemada – «İsgəndərnamə»də Nizaminin artıq
sufizmdən, demək olar ki, yerli-dibli istifadə etməməsi də sənətkarın sufizmə yaradıcı
yanaşdığını göstərir.
- 1
1-7