Journal Name:
- Azerbaycanın Vergi Jurnali
Keywords (Original Language):
Author Name |
---|
Bookmark/Search this post with
Abstract (Original Language):
Vergilər müasir iqtisadiyyatda çox böyük rola malikdir. Vergilər vasitəsilə gəlirlər dövlət büdcəsinə
cəlb edilir. Bazar iqtisadiyyatı şəraitində vergilərin bir sıra xüsusiyyətləri vardır. Onlardan
biri də tənzimləmə funksiyasıdır.
Vergi tənzimlənməsi üsullarından istifadə edilməsi vergilərin tənzimləyici funksiyasından
maksimal dərəcədə istifadə etməyə maneçilik törədən fiskal funksiya ilə bağlı ziddiyyətlərlə
müşayiət olunur. Vergi tənzimlənməsindən istifadə edilməsi üçün başlanğıc şərt təkrar istehsal
prosesinin gedişinə dövlət müdaxiləsinin iqtisadi cəhətdən məqsədəuyğunluğudur.
Dövlət müəyyən dövrdə müvafiq vergiqoyma sistemini tətbiq etmək və ya onu təkmilləşdirmək,
vergi dərəcəsini müəyyənləşdirmək, onun quruluş və formasını dəyişmək, vergi
güzəştləri müəyyən etmək, ləğv etmək və s. vasitələrdən istifadə etməklə əsaslı vəsait qoyuluşunu
stimullaşdırır və ya məhdudlaşdırır, həm də əhalinin həyat səviyyəsinin formalaşmasına təsir
güstərir.
- 12
21-31